“Google Maps” koronavirusla bağlı məhdudiyyətlər barədə xəbərdarlıq edəcək

Google Maps” proqram əlavəsi yaxın vaxtlarda istifadəçilərə yeni xidmət təqdim edəcək: onlar koronavirus pandemiyası ilə əlaqədar müxtəlif ölkələrdə hərəkətlərə məhdudiyyətlər barədə xəbərdarlıq ala biləcəklər.

AZƏRTAC xəbər verir ki, yeni xidmət insanların çox toplaşdığı yerlər, tibb müəssisələri və testləşdirmə mərkəzləri barədə bildirişləri təqdim edəcək. Koronavirus pandemiyası dövründə insanların izdiham şəklində toplaşmaqda davam etməsi səhiyyə sektorunun nümayəndələrini yenə narahat edir.

Şirkətin bəyanatında deyilir: “Google Maps” proqram əlavəsinin “Android” və “iOS” əməliyyat sistemləri üçün sonuncu versiyasında təqdim olunan funksiyalar avtomobildə və ya ictimai nəqliyyatda səfər etməli olan istifadəçinin vacib informasiyanı asanlıqla tapmasına kömək edəcək. Yerli hakimiyyət orqanları tərəfindən tətbiq edilmiş məhdudiyyətlər tranzit xidmətlərinin fəaliyyətinə təsir göstərdiyi və ya sizdən ictimai nəqliyyatda maska taxmağınız tələb edilən hallarda bu bildirişlər sizin müvafiq qaydada hazırlaşmağınıza kömək edəcək”.

Yeni funksiya birinci mərhələdə ABŞ-da, sonra isə Kanada, Meksika, Argentina, Avstraliya, Belçika, Braziliya, Kolumbiya, Fransa, Hindistan, Niderland, İspaniya, Tailand və Böyük Britaniyada əlçatan olacaq.

1 şərh
  1. zE6boKP9DM yazır

    eef

Şərhlər bağlıdır.