ŞAHİN BAĞIROV: M. ŞEVÇENKO HAQQI MÜDAFİƏ EDİR

Dr. Şahin Bağırov- AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi :

“Dünən Maksim Şevçenkonun Rusiya telekanallarına verdiyi müsahibəyə qulaq asdım. Diqqətimi çəkən xeyli məqamlar oldu. Jurnalist M.Şevçenkoya sual verir ki, “sən xristiansan, bəs müsəlman Azərbaycanı niyə müdafiə edirsən?” Cavab verir ki, “mən Azərbaycanı yox, haqqı müdafiə edirəm. Qaldı ki, din məsələsinə, Rusiyanın Cənubi Qafqazda erməniləri qoltuğunda qorumasının xristian təəssübkeşliyinə heç bir aidiyyatı yoxdur. Necə olur ki, Rusiya xristian monofizit Qriqoryan erməniləri müdafiə etdiyi halda, pravoslav xristian olan Gürcüstanla düşmənçilik edir. Eləcə də eyni slavyan kökdən olan və pravoslav olan Belarus və Ukrainlərlə belə sıcaq münasibətlər qurmur ?!”
…Düz demirmi ?! Heydər Camalın dostu kimi dərin adam təsiri bağışladı.

P.S. Rusiyanın da erməni sevgisi eynilə şiə İranın bizi buraxıb, gedib monofizit xristian Qriqoryan ermənilərə bəslədiyi məhəbbəti kimi başa düşüləndir…”

Şərhlər bağlıdır.