Əzim Mühəqqiq Sümərinin xatirəsi daim ürəklərdə yaşaycaq

Əzim 1333-cü ildə Ərdəbilin Sümərin kənddində zəhmətkeş bir ailədə anadan olmuşdur. Orta təhsilini Ərdəbil şəhərində bitirdikdən sonra 1356-cı ildə Təbriz universiteti biologiya fakultəsində davam etdirdi. Əzim Ərdəbil şəhərinin keçmiş azadlıq uğrunda savaşıb və canlarını qurban verən onlarca Azərbaycan Demokrat Firqəsinin üzvləri olan Sümərin kənddindən Səriyə xanım və başqalarının şanlı xatirəsini həmyerlilərindən eşitmiş və onların başladığı milli azadlıq mübarizənin şah diktatorluğu vasitəsilə nakam qalması barədə düşünürdü. Əzim çox salıb çıxandan sonra belə bir qənaətə gəlmişdi ki, mübarizənin davam etmək, mən əgər yaşayıramsa xalqım, vətənim üçün yaşayıram və öləcəyəmsə xalqım, vətənim üçün ölməliyəm. Əzim belə bir düşüncə ilə yola başlamış və var gücünü yolda olan inqilaba sərf etməyə qərar vermişdi. Nəhayət ki, 1357-ci ilin inqilabı gəlib çatdı. Əzim isə bir an da inqilabın zidd səltənət və sosial ədalət və xalqlara azadlıq və demokratiya gətirlməsi uğrunda əlindən gələn fəaliyyəti əsirgəmədi. O, inqilabi vəzifələri yerinə yetirmək üçün bütün şəxsi əlaqələrindən əl çəkdi. Hətta azacıq aldığı aylığının böyük hissəsini də üzvlük haqqı kimi partiyaya verirdi. Əzim gecə-gündüz oxuyub özünü yetişdirmək, öyrənmək və səmərəli yollarla xalqına xidmət etmək yollarını araşdırırdı. Günlərin bir günündə partiya yoldaşları ona belə bir sualla müraciəıt etmişdilər ki, “Əgər edam meydanına göndərilsən həyatının sonuncu anında nə haqqda düşünərdin sualına belə cavab verir Əzim: O haqqda ey kaş daha artıq partiyama xidmət etmiş olardım. Əziz Mühəqqiq Sümərin yoldaş milli azadlıq hərəkatımızın naməlum sərkərdələrindən biri idi. O, ucaboy, irisümüklü, fiziki cəhətdən güclü və xüsusi bir sarsılmaz iradəyə malik olan mübariz döyüşçü idi. Əzimin cəsarəti və qorxmazlığı və inqilabi iradəsi,  gözəl insani duyğuları babalarından süzüb gəlmiş Azərbaycan adət ənənələrinə uyğun vətənə, millətə sonsuz məhəbbəti bütün vucudunu alışdırmışdı. Əzim gözəl qələmi ilə Azərbaycan kəndliləri həyat və yaşayış tərzin və acınacaqlı həyatlarını qələmə alır və var gücünü onların hüquqlarını inqilab məsullarından tələb etməyi özünə borc bilir. Təəssüf olsun ki, şah rejimindən sonra hakimiyyətə gələn ağalar inqilabın taleyini və İranda yaşayan xalqların hüquqlarını və inqilabın hədəflərini yerinə yetirməkdə aciz idilər. Xüsusən Azərbaycan xalqının istəkləri qarşısında şah rejimi kimi teror, təhdid və xəfəqana əl ataraq etrazçıları həbs və işgəncə ilə qarşıladılar. Çox çəkmədi ki, 1362-ci ildə Əzim də həbs olundu. Ağır işgəncələrə məruz qaldı. Əzim həbs olduğu bütün müddət ərzində daima işgəncə və əzab-əziyyət altında saxlandı. Lakin özünün inqilabi amalından üz döndərmədi. Həmşəhərlisi Yəhya Şeyxi kimi igidliklə cəlladların qarşısında dayandı. Bir il dörd ay rejimin qaranlıq həbsxanalarında qaldıqdan sonra ona deyiləndə ki, hər kəs səhv edə bilər. Əzim cavab verdi: mən səhv etməmişəm, yolum düzdü onu başa düşüb seçmişdim və ona inanıram. Əvəlldən belə işlərin qarşıya çıxacağını da bilirdim. Nəticə hər nə də olsa mənə nuşdur. Nəhayət ki, 12 gün həmin söhbətdən sonra cəlladlar onu 1363-cü ildə şəhrivər ayının 4-də güllələdilər. Onun adı azadlıq hərəkatı tarixinin zinəti və gənc mübariz nəsllərin ilham mənbəyi olacaqdır.

Abdulla Əmir Haşimi Cavanşir

 

Şərhlər bağlıdır.