İRAN ASİYA ÜZRƏ TƏLƏBƏ ŞAHMAT YARIŞINDA ÖNDƏDİR

Iranın şahmatçılardan ibarət tələbə komandası Asiya birinciliyində öndədir. Bu barədə azerbaycan-ruznamesi.org SəhərAzəri-yə istinadən məlumat verir.

Yarışın ikinci günü oğlanlardan ibarət komanda daha yaxşı oynayaraq liderlyi ələ alıb.

Tələbələrin Asiya üzrə online şahmat çempionatının ikinci günü onların İran komandasının yarış cədvəlinin önünə keçməsi ilə müşayiət olunub.

Beynəlxalq usta Seyid Xəlil Musəvi hər üç oyunu udub və öz xalının sayını beşə çatdırıbdır. O, iki digər oyunçu ilə eyni xala malik olmaqla fərdi yarışlarda üçüncü yerdə gedir.

Beynəlxalq usta Mersad Xodaşenas da dörd tam onda beş xalla yeddinci yerdədir.

FİDE ustası Mehdi Qulami və Əmir Hüseyn Kaşefi isə bugünkü oyunların sonunda müfafiq olaraq, ümumilkdə dörd və üç tam onda beş xal yığıblar.

Komanda üzrə yarış cədvəlinə on yeddi xalla İran millisi başçılıq edir. İran komandasından sonra Hindistan və Çin yığmaları ikinci və üçüncü yerdədirlər.

Şərhlər bağlıdır.