AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ SİZLƏRİ CLUBHOUSE-NİN CANLI YAYIMINA DƏVƏT EDİR

Əziz oxucular, Azərbaycan Demokrat Firqəsi (ADF) sizləri Clubhouse-nin canlı yayımına dəvət edir. Proqramda “Nə üçün İranın irqçi Pan-İranın rejimi Azərbaycan Demokrat Firqəsini hədəf tutub?” mövzusu ətrafında geniş diskussiyalar açacaqdır.

Bundan əlavə tədbirin keçirildiyi gün İranda yeni dərs ilinin başlanğıcına təsadüf etdiyindən 1945-1946-cı ilin dekabrın 12-də (21 Azər 1324-1325) təhsil sahəsindəki təhsil sahəsindəki islahatlardan danışılacaq. Rejimin bu islahatları gözdən salmaq üçün guya ki, fars dilində olan ədəbiyyatın yandırılmasından, bunun Azərbaycan milli hökuməti tərəfindən həyata keçirildiyindən söhbət açılacaq.

Canlı yayımda Azərbaycan Demokrat Firqəsinin sədrinin, partiya funksionerlərinin, tanınmış alim və mütəxəssislərin iştirakı gözlənilir. Tədbir 26 şəhrivər 1400-ci (17 sentyabr 2021) ildə keçiriləcək.

Tədbir Təbriz vaxtı ilə 20:30, Bakı vaxtı ilə isə 20:00-da başlanacaq.

 

https://www.clubhouse.com/event/PrbD11y5

 

 

Şərhlər bağlıdır.