İRAN VOLEYBOLÇULARI PAKİSTANA- 3:0 HESABI İLƏ QALİB GƏLİBLƏR

ONLAR NÖVBƏTİ MƏRHƏLƏYƏ ÇIXIBLAR

İranın voleybol üzrə yığma komandası Asiya voleybol çempionatında Pakistan millisi ilə görüşüb.

Bu görüşdə İranlı baş məşqçisi Behruz Ətayi və onun Pakistanlı həmkarı Rəhman Məhəmmədiradın yetirmələri nə dərəcədə hazırladıqlarını göstərib.

İranın milli voleybol komandası bu görüşdə də qalib gələrək növnəti mərhələyə vəsiqə qazanıblar. Yaponiyanın Çiba şəhərində keçirilən Asiya voleybol çempionatının qrup mərhələsinin üçüncü və sonuncu oyununda Pakistan millisini üç-sıfır hesabı ilə məğlub edib.

İlk qrup mərhələsinin ən yaxşı səkkiz komandası ikinci etapda dörd komandalı iki qrup formasında sentyabrın 16-sı və 17-də bir-birilərilə qarşılacaqlar.

Cədvəlin aşağısında yerləşən səkkiz komandanın yarışları da elə bu formada davam edəcəkdir.

Kərim

Şərhlər bağlıdır.