İRAN ORDUSUNUN YARIDAN ÇOXU TÜRKLƏRDİR

ONLAR AZƏRBAYCAN ÜÇÜN CANLARINDAN KEÇMƏYƏ HAZIRDIRLAR

“Əgər İran əvvəlki bəyanatlarda ümumi məsələlərə toxunurdusa, sonrakı bəyanatlarda daha çox hədələyici tonda danışmağa başladı və Azərbaycanı nəinki hədələdi, hətta biraz da həddini aşdı. Yəni, bir növ Azərbaycanda “sionist rejimi”ə meylin olduğunu gündəmə gətirməklə, həm də başqa bir məsələni: guya, “sionsit rejim”lə bərabər, Azərbaycanda terrorçuların olması məsələsini də gündəmə gətirməyə çalışdı. Çünki İranın əsas məqsədi Ermənistanın qeyd elədiyi kimi, guya Azərbaycan ərazisində Suriyadan gəlmiş muzdluların döyüşdüyünü göstərmək və Azərbaycanı dünyaya terror dövləti kimi tanıtmaqdır. Amma İran öz tarixini araşdırsa, görər ki, İran tarixən terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkə olub. 12-ci, 13-cü əsrlərdən bu günə dünya tarixində İranın törətdiyi terror aktları kifayət qədər məlumdur. İranın “Əl-Qüdsi” adında böyük bir terror qurupu da var ki, bu terror quruplaşması dünyanın hər yerində ancaq sifarişlə qətliamlar törətməklə məşğuldur. Bunu da hər halda İran rəsmiləri bilməmiş olmazlar”.

Azerbaycan-ruznamesi.org konkret.az-a istinadən xəbər verir ki, İranın bölgədəki əssasız addımlarını dəyərləndirən istiqlalçı millət vəkili, siyasi elmlər doktoru Cümşüd Nuriyev İranın verdiyi bəyanatların Prezidentin çxışından sonra daha da qəliz və aqressiv həddə çatdığını bildirib:

O, İranın yeni xarici işlər nazirinin kifayət qədər qeyri-peşəkar olduğuna da diqqət çəkib:

“İranın əvvəlki xarici işlər naziri Məhəmməd Cavad Zərif peşəkar diplomat idi. İndiki nazir isə həddən artıq diplomatiyadan uzaq, öz kinini qusan, küdurətini gündəmə gətirən, nifrətini açıq şəkildə biruzə verən bir insandır. Belə adam isə ancaq separatçı ola bilər, nəinki diplomat. Çünki belə adamlara diplomat demək mümkün deyil. Amma təəssüf olunan başqa bir hal da var ki, İranın Ali dini lideri Xamenei milliyətcə Azərbaycan türkü olduğu halda, Azərbaycanı təhdid edir. Düzdür, ola bilər ki, İranın dövlət maraqlarını qorumaq üçün belə danışır, amma Azərbaycanı təhdid edir və böhtan atır ki, guya Azərbaycan öz təhlükəsizliyini başqa dövlətlərin hesabına təmin edir. Bu, onun şəxsi problemidir, amma Azərbaycana şillə vurmaqla təhdid etmək, İranın başı üçün deyil”.

“1980-ci illərdə İran əhalisi ondan qat-qat az olan İraqın qarşısında aciz qalmışdı. İranın bütün qərb hissəsi, Kirman vilayəti işğal altında idi və uzun müddət İran İraqa heç nə edə bilmədi. Ona görə də, İran fikirləşməsin ki, Azərbaycanı təhdid edə bilər. Azərbaycanın isə bu məsələlərdə terrorçulara ehtiyacı yoxdur. Çünki Azərbaycan Silahlı Qüvvələrinin sayı təkcə 120 min nəfərdir və əgər hərbi çağırış elan edilsə, Azərbaycanda minimum 700 min adam yığıla bilər. Azərbaycana hər hansı təhlükə olarsa, Azərbaycanın 1 milyon 200 min hərbi mükəlləfiyyətli əsgərləri olacaq”-müsahibimiz əlavə edib.

Nuriyev sonda maraqlı bir faktda da toxunub: “İran heç də fikirləşməsin ki, onun ordususun hamısı farslardır, əksinə ordunun yarıdan çoxu türklərdir və onların da əksəriyyəti Azərbaycanı sevir, Azərbaycan üçün canlarından keçməyə belə, hazırdırlar. Yəni, İranın istər xarici işlər naziri, istərsə də Ali din liderinin verdiyi bəyanatlar İran dövlətinə başucalığı gətirmir, əksinə, bu bəyanatlar diplomatiyadan çox uzaqdır və daha çox uşaqcasına atılmış addımlardır. Çünki təhdid diliylə hədə-qorxu gəlmək, həmin dövlətin zəifliyinə dəlalət edir. Amma İran anlamalıdır ki, qarşısındakı Azərbaycandır”.

Şərhlər bağlıdır.