AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ TƏBRİK EDİR!

AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞI GÜNÜNÜZ MÜBARƏK!

Azərbaycanda müstəqil dövlət bayrağı 103 il əvvəl başımızın üzərində dalğalanıb. Lakin bu xoşbət günlərin ömrü cəmi 2 il çəkib. Hamılıqla ümid bəsləmişik ki, bir kərə yüksələn bayraq bir daha enməz.

Xoşbəxtik ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edib və bu üçrəngli bayraq yenidən başımızın üzərində dalğalanır. Bu faktın özü inam yaradır ki, Azərbaycanın o biri tayı da müstəqilliyə yetişəcək. Biz bu bayramı Müstəqil Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi, erməni işğalı altında olan torpaqlarımıza azadlıq gətirdiyi sevindirici günlərdə bayram edirik. Bu, bütöv Azərbaycan xalqının uğurudur. Əminik ki, azadlıq günəşi Təbrizimizin də başı üzərində işıq saçacaqdır.

Bayramınız mübarək, əziz dostlar!

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.