ŞEYX ŞƏHABƏDDİN SÖHRƏVERDİNİN YURDUNDA TALANAN MƏDƏNİ İRS

Zəncan əyaləti Söhrəverd Şəhər Şurasının üzvü Mehdi Qaffari şəhərin və ətraf kəndlərinin acınacaqlı durumda olduğunu deyib.

Bu barədə məlumatı azerbaycan-ruznamesi.org Təbriz Turan TV-dən alıb. O, bir neçə tarixi şəxsiyyətin, o cümlədən Şeyx Şəhabəddin Söhrəverdinin yurdu olan şəhərin heç bir normal infrastruktura malik olmadığını deyib.

Qafari bildirib ki, “şəhərin yeganə əlaqə yolunun uzun illərdir dağılması və məsulların problemin həllinə laqeydliyi hər il çox sayda insanın həyatını itirməsinə, bölgənin ətraf aləmdən təcrid vəziyyətinə düşməsinə səbəb olub”.

Şura üzvü ətraf mədənlərin istismarı üçün ağır yük maşınları və texnikaların yolu dağıtmasına baxmayaraq, bunun təmiri üçün heç bir büdcənin nəzərdə tutulmadığını bölgə əhalisinə qarşı laqeydlik kimi qiymətləndirib.

Şərhlər bağlıdır.