TANINMIŞ ƏRƏB YAZIÇI MİLLİ FƏALLARIMIZA DƏSTƏK VERDİ

İranda İrqçilik və Anti-Ərəbizmlə Mübarizə Mərkəzinin katibi, İran Yazıçılar Birliyinin üzvü, yazıçı, jurnalist Yusif Əzizi Bənitorəf Azərbaycanın səkkiz tanınmış fəalına dəstək nümayiş etdirib.

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, özünün instaqram səhifəsində yazar səkkiz tanınmış fəalın Beynəlxalq Zəhmətkeşlər Günü münasibətilə yaydığı bəyanatı dəstəkləyən paylaşım edib.

O, bir neçə gün əvvəl Abbas Lisaninin instaqram səhifəsində həm türk, həm də fars dillərində dərc olunan bəyanatın tam mətnini özünün instaqram və facebook səhifəsində dərc edib.

“Azərbaycan türk millətinin bu şəxsiyyətlərinin və liderlərinin hər biri uzun illər İslam Respublikası həbsxanalarında həbs olunub və işgəncələrə məruz qalıblar.

Mən bir ərəb fəalı olaraq bu türk həmsəngərlərimin tələblərini dəstəklədiyimi bəyan edirəm”,- deyə yazıçı bildirib.

Şərhlər bağlıdır.