ABŞ PKK/YPG TERRORÇU QÜVVƏLƏRİNƏ TƏLİM KEÇİR 

ABŞ qüvvələri Suriyada terror təşkilatı PKK/YPG-ə silahlı təlim dəstəyini davam etdirir.

Azerbaycan-ruznamesi.org “Paralel.az”a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ Xüsusi Təyinatlı Qüvvələri Türkiyə-İraq sərhədinə yaxın Malikiyyə bölgəsində 240 PKK/YPG terrorçusuna silahlı təlim keçib.

ABŞ istehsalı olan çoxlu sayda “Bradley” tipli zirehli döyüş maşınının istifadə olunduğu təlimdə YPG/PKK terrorçularına yüngül və orta mənzilli silahlardan istifadə öyrədilib.

Digər tərəfdən, dünən ABŞ helikopterləri təlim bölgəsində kəşfiyyat uçuşları həyata keçirib.

Məlumatlara görə terror təşkilatı İŞİD-a qarşı qurulan koalisiyanın tərkibində yer alan ABŞ daha əvvəl Fəratın şərqindəki Haseke və Deyr əz-Zor torpaqlarında PKK/YPG terrorçularına müxtəlif silahlı təlim və təlimlərlə dəstək verib.

ABŞ və onun koalisiya qüvvələrinin 2015-ci ildən bəri minlərlə YPG/PKK terrorçusuna silahlı təlim keçdiyi iddia olunur.

Şərhlər bağlıdır.