AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN BƏYANATI

(15.02.2023)

Azərbaycan Demokra Firqəsinin üzvlərinə, havadarlarına və Dünya Azərbaycanlılarına.

Hörmətli həmvətənlər,

Azərbaycan Demokrat Firqəsi Cənubi Azərbaycanda milli azadlıq hərəkatının və böyük rəhbər S.C.Pişəvərinin bizə qoydugu mirasdır və milyonlarla həmvətənlərimizin ümid yeri, milli arzilarımızın ünvanıdır.

Azərbaycan Demokrat Firqəsinin yaradılmasından keçən 78 il ərzində təşkilatımız əsas hədəflərindən yayınmayıb, milli hərəkatın önündə olub, minlərlə verdiyi şəhidlərin əziz xatirəsinə sədaqətini qoruyub saxlayıb və bununla da xalqın etimadını və rəgbətini qazanıb.

Müxtəlif tarixi mərhələlərdə ADF-yə qarşı təxribatlar, hücumlar, sui-qəst və xəyanıtlərə baxmayaraq bu gün də firqə ayaqdadır, düzgün yolda, xalqın azadlıgı yolundadır və bu yoldan  dönməzdir.

Avropada mühacirət həyatı yaşayan bir qrup ziyalının yeni firqə yaratmaq istəyi indiyə qədər rastlaşdıgımız çox sayda təxribatdan biridir. ADF milli maraqlara xidmət edən bütün demokratik platforma, cəmiyyət, birlik və təşkilatı dəstəkləyir. Lakin son bir ildə xalqımız siyasi protestlər və inqilabı hərəkətləri ilə bir “ictimai referendum” keçirdi və ADF-nin  “Azadlıq, ədalət və milli hökumət” şuarını qarşımıza vəzifə olaraq qoydu. Xalqın bu səsini eşitməmək, yenidən mənasız danışıqlar aparmaq, xalqı yeni istibdada məhkum  etmək milli hərəkata xəyanətdir.

ADF Mərkəzi Komitəsi, onun icraiyyə təşkilatları ölkədə xalqımızın düşüncələrinə, arzu və istəklərinə xələl gətirəcək bütün növ pozuculuq hərəkatlarına ayıq olmaga, milli xətdən çıxmamaq, hiylələrə uymamaq və bütün səylərimizi ölkə daxilində fəaliyyətimizin konsalidasiya olunmasına yönəltməyə çagırır.

ADF təşkilatları “Azadlıq, ədalət və milli hökumət” şuarlarına sadiqdir və fəaliyyətini bu istiqamətdə quran təşkilatlarla müttəfiqdir, səhnə arxası danışıqlar, təslimçilik, təftişçilik və milli maraqlara zidd olan  hər hansı güzəştlərin qəbul edilməsi yol verilməzdir.

ADF icraiyyə komitəsi
ADF sədri: Rəhim Hüseyinzadə

Şərhlər bağlıdır.