SON 3 AYDA EVLƏRİN KİRAYƏ HAQQI 40 FAİZ ARTIB

İranın “Donyaye Eqtesad” qəzeti  ölkənin kirayə bazarındakı son 3 ayın vəzliyyətini təhlil edib. Bu durum heç də ürəkaçan deyil. Yəni, ölkənin indiki vəziyyətinə uyğundur. Qəzet gileylənir ki, hökumət artıq adekvat sosial kapitala malik deyil və xaotik mənzil bazarına nəzarət etmək imkanını itirib. Doğrudur, onun sosial kapitala malik olduğu göstərilir, mənzil bazarındakı xaotik vəziyyətdən də söhbət açılır. Amma nə etməli sualına cavab verilmir.

Məlumatda sadəcə olaraq vətəndaşların maddi durumunun pisləşdiyi üçün yeni tikilən mənzillər almadıqları və kirayə evlərdə qalmağa məcbur olduqları göstərilir.

“Cam Cəm” qəzeti də dövlətin böhranlı mənzil bazarında hökm sürən inflyasiyaya nəzarət imkanını itirdiyini, bu səbəbdən kirayə haqlarının fantastik səviyyədə artdığını yazıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.