İRANDA TOYUQ ƏTİ NEÇİYƏDİR – TAPSAN 85 MİN TÜMƏNƏ

Aprelin 10-dək  İran mediası ölkənin bir çox əyalətlərində toyuq qıtlığını elan edərək, satış qiymətinin kilosunu camaata elan edib – 80-85 min tümən. Rəsmi qiymət belədir, amma əhali zarafatla bildirir ki, tapsann o qiymətə alarsan.

“Didban” İran saytının xəbərinə görə, bazarda toyuq ətinin tədarükü çox məhduddur və dükançılar təsdiq olunmuş qiymətə toyuq alıb sata bilmədiklərinə görə bu işə girişməkdən çəkinirlər.

Tehran Quşçuluq və Balıq Satıcıları Birliyinin rəisi Mehdi Yusufxani toyuq ətinin bahalaşması və dükanlarda olmamasına cavab olaraq “Didban” İrana deyib: -Toyuğun kilosu 63 min tüməndir və ondan yuxarı satışlar qiymət pozuntusudur.

O, bununla belə deyib: Toyuqçuların təsdiq edilmiş 44 min tümən diri toyuğun qiymətinə əməl edə bilmirlər. Bu qiymət faktiki yüksək olduğunan həmkarlar ittifaqları cərimə olunmamaq üçün, təsdiq edilmiş qiymətə riayət edərək toyuq fermerlərindən baha qiymətə toyuq almırlar.

“Eqtesad” onlayn saytı da ölkənin bir çox əyalətlərində toyuq tədarükü çatışmazlığından xəbər verib və bu məhsulun qiymətinin kilosunun 85 min tümənə çatdığını yazır.

İranın Ət Quşçuluq Birliyinin baş məsləhətçisi Məhəmməd Əli Kamali Sərvestani toyuq tədarükünün olmamasını ötən ilin sonunda broyler toyuq bölmələrində istehsalının azalması ilə əlaqələndirib.

Bu azalmanın səbəbi barədə Sarostani bildirib ki, 2022-ci ilin ikinci 6 ayında fermerlər hər kiloqram toyuq istehsalında 8 min tüməndən 15 min tümənə qədər itki veriblər.

İqtisadi fəalın sözlərinə görə, ilin ikinci 6 ayında quşçuların itkisinə səbəb istehsal materiallarının qiymətinin artması ilə yanaşı, istehlak bazarının aşağı olması və istehsal xərclərinin alış qiymətinə uyğun gəlməməsi səbəb olub.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.