AZƏRBAYCANIN GÜNEYİNİ SEL APARIB

Azərbaycanın güneyində yağan güclü yağış sel və daşqınların yaranmasına yol açıb. Bu səbəbdən bəzi magistral yollar bağlanıb, kənd təsərrüfatlarına ciddi ziyan dəyib, bir sıra şəhər və kəndlərdə kommunal xidmətlərin təchizatı mümkünsüz hala düşüb.

Təbrizin bir neçə iri küçəsi tamamilə su altında qalıb. Şəhərin bəzi hissələrində hərəkət iflic vəziyyətdədir.Şəhid Fəhmidə meydanı isə su altındadır.

Ərdəbil-Sərçəm yolu sel səbəbindən bağlanıb.

Əhər şəhəri yaxınlığında yerləşən Nəqaraküb kəndində çay daşaraq məcrasından çıxıb.

Ərdəbil vilayətinin Xiyav (Meşkinşəhr) şəhəri yaxınlığında yerləşən Kəngərli kəndini su basıb. Evlərə və balıqyetişdirmə gölməçələrinə keçən su insanlara, kənd təsərrüfatı məhsullarına və obyektlərə ciddi ziyan vurub.

Ərdəbil vilayətinin Gezor kəndi yaxınlığında körpü aşıb.

VİDEO:

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.