Fransanın mədəniyyət naziri Raşida Dati TF1 kanalına müsahibəsində
ümumilikdə muzeylərin pis qorunduğunu bildirib.
“İki il əvvəl Luvr muzeyinin direktoru təhlükəsizliklə bağlı audit aparılması üçün
şəhər polis idarəsinə müraciət etmişdi. Muzeylərin mühafizəsinin yeni növ
mütəşəkkil cinayətkarlıqlara qarşı uyğunlaşdırılması zəruridir” – deyə nazir
vurğulayı
Senator Yan Brossat sosial media hesabında bildirib ki, çoxdandır muzeyin
mühafizəsi üçün işçi çatışmır. Hətta buna görə iyunun 16-da muzey
əməkdaşları tətil keçirib və nəticədə muzey bir neçə saatlıq bağlanıb.
Qeyd edək ki, Luvr muzeyi oktyabrın 19-da səhər saatlarında qarət olunub.
Apollon zalından Fransa hökmdarlarına məxsus əşyalar aparılıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.