“GÜNEY AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK ŞURASININ” YARADILMASI MÜNASİBƏTİ İLƏ ADF SİYASİ HEYƏTİNİN BƏYANATI

Bu günlərdə Güney Azərbaycanın qabaqcıl ziyalılarının bir yerə toplaşaraq “GÜNEY AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK ŞURASINI”  təsis etməsi, şuranın ideya və məqsədlərinin müəyyənləşdirilməsi bizi sevindirdi. “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə təsis olunmuş bu xeyirxah hərəkatı dəstəkləyirik və milli hərəkatın bütün iştirakçılarını da dəstəkləməyə çagırırıq.

ADF uzun müddətli fəaliyyəti təcrübəsindən irəli gələrək müxtəlif düçüncəli insanların bir mərama xidmət etməsi yolunda, mövqelərin qarşılıqlı dinlınilməsi, müxalif düşüncələrə tolerant yanaşmaq, yanlışı görmək və etiraf etmək, tənqidlə təhqiri ayırmaq, xidmətlə xəyanətə fərq qoymaq kimi xüsusiyyətlərin çətinliklə əldə olundugunu bilir və sizin də keçəcəyiniz bu yolun ugurlu olmasını arzulayır.

“GÜNEY AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK ŞURASI”  Güney Azərbaycan milli hərəkatının bütün iştirakçılarını konsalidə edəcəyinə ümid edirik. Müxtəlif düşüncə, əqidə və mədəni  fərqlərin mərkəzində “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı durur və bu şüarımız həyata keçənə qədər bizim təxribata, parçalanmaya, qruplaşmaya müxalifət olmaga haqqımız yoxdur.

ADF Mərkəzi Komitəsi inanır ki, GÜNEY AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK ŞURASI “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı altında Vətənimizin azadixah insanlarını birləşdirici bir qüvvəyə çevriləcəkdir.

Azərbaycan Demokrat Firqəsinin
 Siyasi Heyəti
(10 may 2023)

Şərhlər bağlıdır.