İRANDA EDAMLARIN SAYI ARTIR

İran İslam Respublikasında edamların sayı ötən illə müqayisədə 83 faiz artıb.

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadla xəbər verir ki,bu barədə Beynəlxalq Əfv Təşkilatının İranla bağlı hesabatında bildirilir.

Qeyd olunur ki, bu il İranda 576 məhkum edam edilib.

Halbuki bu rəqəm 2021-ci ildə 314 nəfər olub. Bu, edamların İranda 83 faiz artdığı anlamına gəlir.

Hesabatda həmçinin bildirilir ki, 2022-ci il üçün edam sayı ötən 5 ildə ən yüksək rəqəmdir.

Şərhlər bağlıdır.