TƏBRİZLİ GƏNCLƏRİN ETİRAZI: 2 MİN TƏLƏBƏ PETİSİYA İMZALADI

Təbrizin Tibb Elmləri Universitetinin 2 min tələbəsi petisiya imzalayıb.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, onlar müəllim və tələbələrə qarşı repressiyaları pisləyib və universitetin intizam komitəsinin tələbələrə qarşı çıxardığı ağır cəzaların ləğvini tələb ediblər.

“Ölkədə baş verənlərə biganə qalmayan tələbələr təhdid, təhsildən məhrum edilməməli, sürgün olunmamalıdırlar”,- petisiyada qeyd olunub.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.

Onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Etirazlar baş verən zaman və ondan sonrakı dövrdə 700-dən çox tələbə həbs edilib, 1000-ə yaxın tələbə universitetdən qovulub.

Şərhlər bağlıdır.