Təbriz Tibb Elmləri Universitetinin prezidenti Şərqi Azərbaycan əhalisindən 70.000 nəfərin koronavirusa yoluxduğunu açıqlayaraq onların 5 faizinin öldüyünü bildirib.
“ISNA”nın məlumatına görə, doktor Sumi əyalətin “Koronovirusa qarşı mübarizə Qərargahı”nın iclasında bildirib ki, “Şərqi Azərbaycanın 21 şəhərində məhdudiyyətlərin tətbiqi ilə əyalətin beş şəhəri təhlükəlilik baxımından sarı, qalanları narıncı vəziyyətdədir.”
Onun sözlərinə görə, əyalətin xəstəxanalarında xəstələrin yerləşdirmə prosesi azalıb. Hazırda əyalətdə təxminən 1170 nəfər xəstəxanaya yerləşdirilib, onlardan da 300 nəfəri reanimasiyadadır. 130 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Sumi açıqlamasında, əyalətdə koronovirus məhdudiyyətlərinin davamlı tendensiyasına toxunaraq “birinci və ikinci peşə qrupları narıncı şəhərlərdə fəaliyyət göstərməsinə icazə verildiyini, ancaq üçüncü və dördüncü peşə qruplarının fəaliyyətlərinə qoyulan qadağanın davam etdiyini” bildirib.
Şərhlər bağlıdır.