Qaşqaylar İranın Cənubunda Qaşqay əyalətinin qurulması üçün hökumətə müraciət edib

Qaşqay Türk fəaları, İran hökuməti rəhbərliyini Qaşqay əyalətini qurmağa çağıran kampaniya başladıblar.

Gunaz.tv

Vətəndaş cəmiyyəti və Qaşqay türk fəalları, “İranın cənubundakı geniş Qaşqay bölgələrinə Qaşqay əyaləti adının verilməsinə” çağıran imza kampaniyasını başladıblar.Bu kampaniya üçün tələb olunan imza sayı toplandıqdan sonra İran Prezidentinə, İran Parlamentinin Spikerinə və Daxili İşlər Nazirinə göndəriləcək. Kampaniya 17 oktyabrda başladılıb və 17 dekabr tarixinədək davam edəcək.

https://www.karzar.net/qashqai-people-demands?fbclid=IwAR2GoPkqpxO0KzoNaBFUWkMCyDkDNdMZesNBhrAGH-tltMWpTXboSleJHzs

“Qashqay Yurd” “Kohgiluyə və Boyer-Əhməd, Çaharmahal və Bəxtiyari, İsfahan, Fars və Buşehr” əyalətlərinin bir hissəsini özündə birləşdirən Qaşqay türklərinin torpağıdır.
İrandakı Qaşqay türklərinin dəqiq sayı rəsmi olaraq açıqlanmır. Ancaq onların sayının 3 milyona yaxın olduğu təxmin edilir.

 

Şərhlər bağlıdır.