Səma Şahinlərindən Azərbaycan xalqına
21 Azər-75
Dünən günortadan qabaq Təbrizin azad və mavi səmasında iki təyyarə üçaraq şəhərə elan səpirdilər. Biz bu elanın eynini aşağıda dərc edirik.
***
Biz, indiyə kimi İran mürtəcelərinin əsarət zəncirinin altında yaşayan azadlıqsevər zabitlər, nəhayət onu qırmağa müvəffəq olub bu gün Azərbaycanın azad səmasında uçuruq. Öz ilhaqımızı demokrat firqəsinə elan edir və bildiririk ki, bu azadlığı hifz etmək üçün hər cür fədakarlığa hazırıq. Qoy İran mürtəceləri bilsinlər ki, daha qoşun və milləti ayırmaq olmaz.
Qoy bu mürtəcelər bilsinlər ki, əgər öz qoşunlarını Azərbaycan tərəfə göndərsələr, öz qəbirlərini öz əlləri ilə qazıblar. Bizim yoldaşlarımız çoxdandır bu uçuşu arzu edirlər. Amma uçüş növü bizi və onları məhrum edirdi.
Bu gün sabahları biz və yoldaşlarımız öz arzularımıza yetişdik. Yaşasın Azərbaycan xalqına rəhbərlik edən demokrat firqəsi. Yaşasın azadlıqsevər və fədakar olan Azərbaycan xalqı. Yaşasın Azərbaycan Milli hökuməti!
Baş leytnant Zərbəxt.
Baş leytnant Cövdi.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 180, 23.04.1946
Şərhlər bağlıdır.