İranda Andranikin adı küçəyə verilib

40 ildən sonra - niyə məhz indi?!

İranın hakim dairələrinin yadına düşüb ki, bəs 40 il əvvəl inqilab zamanı bir erməni də şəhid olubmuş, amma indiyədək adını harasa verməmişik. Bunu etməsək etniklərə hörmətsizlik olar, ermənilər isə bizə tənələrini vurarlar. Tehran İslam Siyasi Şurası fikirləşib bir ünvan tapıb. İRNA Xəbər Agentliyi isə Tehran İslam Siyasi Şurasının üzvü Məhəmməd Cavad Haqşinaz siyasi şuranın adlandırma komissiyasının şəhərdəki Mirzaye Şiraz və Səna küçələrinin kəsişdiyi yerə erməni şəhidi Andranik Mkırtıçyanın adının verildiyini deyib.

Əlbəttə, biz hər hansı bir şəhidin adına küçə verilməsini təqdirəlayiq hal sayırıq. Fəqət söhbət bunun niyə 40 ildən sonra yada düşdüyündən və həmin şəxsin adının Andranik olmasından, həmçinin belə qənaətə niyə indi gəlinməsindən gedir. Bəlkə də bu iş vaxtında həyata keçirilsəydi Andranik adının doğurduğu retro qəzəb yenidən hiddətimizi doğurmaz, çomaq kasıbın başında çatlamazdı.

Xalqımız erməni faşistləri üzərində şanlı qələbə çaldı. Zəfər əhval-ruhiyyəsini yaşadığımız indiki günlərdə görəsən qərarın indi qəbulundan məqsəd nədir? Hər halda onların məntiqdən yaxşı başları çıxdığından bütün bunların təhlilinə ehtiyac duymuruq.

İndi isə sizlərə foto və videogörüntüləri təqdim edirik.    

Şərhlər bağlıdır.