Kapitolidən yayımlanan bu fotoya İran səfirinin reaksiyası

ABŞ-da Konqres binasını mühafizə edən hərbçilərin dəhlizlərdə yerdə uzanması barədə görüntülər dünyanın bir çox kütləvi informasiya vasitələrində yayımlanmaqda və şərh olunmaqdadır. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də həmin görüntülərə maraq doğuran münasibət bildirib.

Səfir bu barədə tviter hesabında paylaşım edib. S.A.Musəvi həmin hərbçilərin fotosunu paylaşıb və “Dünyanın bütün yerlərinə demokratiya ixrac etməkdən yorulublar. Evinizə xoş gəlmisiniz!” sözlərini qeyd edib.

Əlavə edək ki, 6 yanvar tarixində ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfdarlarının Kapitoliyə hücumundan sonra konqres binasında təhlükəsizlik tədbirləri sərtləşdirilib. Belə ki, sözügedən hərbçilərin yorğun vəziyyətdə yerdə uzanmaları dünya mətbuatında yer alıb. Xatırladaq ki, demokratlar vəzifəsini yanvar ayında Co Baydenə təhvil verməli olan Trampın istefasında israrlıdırlar. Bəzi respublikaçı konqresmenlər də səsvermə zamanı təklifi dəstəkləyəcəklərini açıqlayıblar.

 

 

Şərhlər bağlıdır.