ƏHMƏDİNEJAD NƏDƏN OD PÜSKÜRÜR…

İranın eks-prezidenti Mahmud Əhmədinejadın belə bir bəyanatı kütləvi informasiya vasitələrində yayımlanıb:

“İran ictimaiyyətinin hakimiyyətin siyasətindən narazılıq səviyyəsi görünməmiş həddə çatıb. Bu gün narazılığın səviyyəsinin nə qədər yüksək olduğunu dərk etmək üçün küçəyə çıxmaq kifayətdir. Ölkədə bu cür gərginlik hələ heç vaxt müşahidə olunmayıb”.

Əhmədinejadın sözlərinə görə, rejimə qarşı çıxış edənlərin hamısını “inqilab düşməni” adlandırırlar. “Bu gün artıq bütün xalq etiraz edir. Məgər onların hər biri inqilabın düşmənidir?”-eks-prezident sual verib. Bununla da o, hakimiyyətdə olduğu illərdə yol verilən nöqsanları, haqsızlıqları müəyyən qədər ört-basdır etməyə çalışır. Bunula belə ehtiyyatı da əldən verməyib. Deyib ki, əslində, inqilabın əleyhinə olanlar hakimiyyətdə ola-ola öz vəzifələrini yerinə yetirməyənlərdir.
Qeyd edək ki, M.Əhmədinejad İrana 2 seçim rəhbərlik edib- 2005-2013-cü illərdə. Bəs o, nədən od püskürür? 2017-ci ildə Prezident vəzifəsinə namizədliyini qəbul etməyən İran Konstitusiya Keşikçiləri Şurasından acıq çıxır, yoxsa növbəti seçim üçün özünə xal qazanmaq istəyir?!

Xəbərçi

Şərhlər bağlıdır.