DUMA PUTİNİN YOLUNU AÇDI

O, DAHA İKİ DƏFƏ PREZİDENT SEÇİLƏ BİLƏR

Rusiya Dövlət Dumasının 24 martda keçirilən iclası prezident Vladimir Putinin gözləntilərini doğruldub. Dumanın qəbul etdiyi qərara görə o, daha iki dəfə ölkə prezidentliyinə namizədliyini irəli sürmək hüququna malikdir.

Azerbaycan-ruznamesi.org APA-ya istinadən bildirir ki, Dövlət Dumasının plenar iclasında ölkə Konstitusiyasına əlavə və düzəlişlərin icrası ilə bağlı qanun layihəsi  üçüncü oxunuşda qəbul olunub.

Layihədə hazırkı Prezident Vladimir Putinin yenidən ölkə başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ da nəzərdə tutulub.

Rusiya Federasiyası Konstitusiyasının yeni müddəasına görə, eyni şəxsin Rusiya Federasiyasının Prezidenti vəzifəsini tuta biləcəyi müddətlərin məhdudlaşdırılması mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu norma mövcud dövlət başçısına Rusiya Federasiyasının Prezidenti vəzifəsini daha iki müddət davam etdirməyə imkan verir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.