VİDADİ MUSTAFA YAZIR

ZƏRİFİN SƏS YAZISI

İranda üçüncü gündür ki, medianın əsas mövzularından birini ölkənin  Xarici işlər nazirinin 3 saatlıq səs yazısının hökumətdən, daha doğrusi, prezident yanında Strateji Araşdırmalar Mərkəzindən(SAM) çıxarılaraq xaricdə yayılması təşkil edir.

Həmin məsələyə ən çox yer ayıran mühafizəkar qüvvələrin, o cümlədən SEPAH-ın və ya ona yaxın hesab edilən, tasnimnews.com saytıdır. Hələ ki, nə səs yazızısının xaricə  necə ötürülməsi,  nə də hansı  məqsədlə ötürülməsi haqqında aydın bir fikir yoxdur.

İslahatçılar belə hesab edirlər ki, bəzi qüvvələrin  məqsədi müsbət istiqamətdə irəliləyən nüvə danışıqlarını pozmaq və eyni zamanda da Zərifin prezidentliyə namizədlik ehtimalını aradan qaldırmaqdır. Hərçənd nazir qəti şəkildə bidirib ki, namizıdliyini irəli sürməyəcəkdir.

Mühafizəkarlar hazırkı hökuməti öz sirrıini qoruya bilməməkdə ittiham edirlər. Çünki həmin səs yazısı SAM tərəfindən şifahi tarix layihəsi çərçivəsində yazılıbdır. Həmin layihə çərçivəsində hökumətin bütün üzvlərinin belə səs yazıları yazılıbdır. Ona görə digər səs yazılarının da xaricə ötürülməsi barədə suallar səslənir.

Artıq həmin məsələ ilə  bağlı cinayət işi açılıbdır. Zərifin səs yazısında vurğuladığı kimi, bu səs yazısının xaricə ötürülməsi ilk növbədə mühafizəkarların hökumətin xarici siyasətinə məhəl qoymadan öz siyasətlərini yeritdiyini ifşa etmək məqsədi daşıdığından rejimin zəiflədilməsinə yönəlmiş bir akt kimi dəyərləndirilə bilər. Lakin mühafizəkarlar hökumətin öz sirrini saxlaya bilməməsini bəhanə edərək islahatçıları  Qərblə əlaqədə, qərbçilikdə günahlandıraraq  var gücləri ilə  prezident seçkiləri ərəfəsində onları tamamilə nüfuzdan salmağa çalışacaqlar.

Prezident seçkiləri ilə eyni zamanda bələdiyyələrə də seçkilər keçiriləcəkdir. Artıq qanunvericilik hakimiyyətinə/parlamentə sahib olan mühafizəkarlar həm bələdiyyələrə, həm də icra hakimyyətinə nəzarəti öz əllərinə alaraq mütləq/monopol hakimyyətə sahib olmağa səy edirlər.

Zərif hadisəsi həmin istiqamətdə atılmış addım kimi dəyərləndirilə bilər.

Şərhlər bağlıdır.