FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSU

FARS SÖZÜ VƏ BU SÖZ OLAN SÖZ BİRLƏŞMƏSİ

Aprelin 30-u və ya günəş təqvimi ilə ordibeheşt ayının 10-u İranda Fars körfəzi günüdür. İran saytlarının biri az, biri çox həmin günlə bağlı yazılar veriblər. Həmin yazıların əksəriyyətində Milli günün mahiyyəti və əhəmiyyətindən qətiyyən söz açılmır, söz arası tarixçəsi və hansı münasibətlə belə bir gün elan olunduğuna toxunulur. Əsas diqqət Fars körfəzi adında “fars” sözünün olmasına, onun qədimliyinə, həmin sözün farsların kimliyini yaşatmasına, bundan sonra da həmin missiyanı daşıyacağına, ərəblərə qarşı dağ kimi durduğuna və bir sözlə, farsların millətçiliyini qızışdırmağa yönəlibdir.
Əslində isə həmin gün tarixdə nə baş veribdir?

Şah Abbas 1623-cü ildə Səfəvi dövlətinin cənub sərhədlərini, dəniz ticarətini genişləndirmək və təhlükəsizliyini təmin etmək məqsədilə Hürmüz adasını ələ keçirib Fars körfəzi rayonunda 100 ildən çox ağalıq edən Portuqaliya müstəmləkəçilərini həmin bölgədən qovmağa nail olmuşdur. Həmin hərbi-siyasi addım sonrakı İranın taleyində və tarixində mühüm rol oynamışdır.

Yazılarda həmin tarixi hadisəyə, onun əhəmiyyəti və nəticələrinə deyil, qeyd edildiyi kimi, Fars körfəzi ifadəsində fars sözünün yaşaması və onun millətçilk mənalarına, yükünə, xüsusən də panarabizmə qarşı durmaq qabiliyyətinə əhəmiyyət verilir.

Tarixə belə yanaşma cox güman ki, farsların ermənilər kimi uydurduqları fobiyalarla bağlıdır. Onlar bu gün Cənubi azərbaycanlıları İranın ərazi bütövlüyü üçün təhlükəı kimi qələmə verirlər. Ona görə də Fars körfəzi və Hürmüz adasını portuqalların işğalından xilas etmiş Şah Abbasın adını türk olduğu üçün çəkmirlər.

Tarixi yaxşı bilən farslar şovinizm xəstəliyinə düçar olduqları üçün onlara hazır-halva ölkə təhvil verənləri, onları hakimiyyətə gətirənləri alçaqcasına dövlətin düşməni elan edirlər.

Cənubi azərbaycanlıların gələcək İran dövlətinin formalaşmasında rolunu unutdurmaq üçün farslar onların bütün xidmətlərini danmaq bir yana, hələ bir dövlət üçün təhlükə olduqlarını utanmadan dilə gətirirlər. Belə düşüncə sahibləri təbii ki, Fars körfəzinin azadlığından və kimin tərəfindən azad edilməsindən, bu günkü milli günü onlara bəxş edənlərdən deyil (axı, həmin işdə farsların heç bir rolu olmayıb), Fars körfəzi söz birləşməsinin milli kimlik sahəsində ona aid olmayan rolundan danışırlar.

Farslar bircə onu deyə bilmirlər ki, bu körfəz niyə 7000 il, hətta 10000 il yaşı olan İran adı ilə yox, cəmi 2500 yaşı olan Fars dövlətinin adı ilə adlandırılıb. Farslar nə qədər çabalasalar da, “fars” sözü ilə “İran” sözü arasında əlaqə tapa bilmirlər. Onların bir qisminə “İran”, digərinə “fars” sözü daha əzizdir. İranı əziz bilənlər milli kimliyini danaraq fars olmadıqlarını iddia edirlər. Fars sevərlər isə İran adının beynəlxalq müstəvidə bərpa edilməsini milli xəyanət hesab edirlər. Ona görə hətta bir siyasi-ideya cərəyanı “fars” termininin işlənmə dairəsini genişləndirərək “İran” sözünü əvəz etməsi istiqamətində çalışır, Fars körfəzi ifadəsindəki “fars” sözünə tarixi, milli kimlik və s. cəhətdən baxaraq onda milli bir xilas yolu axtarırlar.

Vidadi Mustafa

Şərhlər bağlıdır.