İranda bu ilin əmək və işçi bayramı da həbslərsiz ötüşməyib. Həmin gün Tehranda keçirilən mitinqlərdə 30 nəfərdən çox fəal həbs olunub. Ölkənin digər şəhərlərində də təxminən eyni sayda mitinqçi saxlanılıb.
“İranın müstəqil işçilər ittifaqının” bildirdiyinə görə Əmək Nazirliyinin ətrafında həyata keçirilən zorakılığ tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.
Yuxarıda qeyd olunan təşkilatın bir gün sonra yayımladığı informasiyada həbs olunanlarının hamısının sərbəst buraxıldığı göstərilir.
Qeyd edək ki, alınan xəbərlərdə Sənəndəcdə Şaid Amani və Xoşəng Kərimi adlı daha iki vətəndaşın da saxlanıldığı göstərilirdi.
Faiq
Şərhlər bağlıdır.