Taylandda karonavirusla virusla bağlı qadağalar hamı üçündür. Ölkədə tutduğu vəzifədən asılı olmayaraq hər kəs cərimələnə bilər.
Azerbaycan-ruznamesi.org xarici mediaya istinadən xəbər verir ki, ölkədə qüvvəyə minən koronavirusla bağlı məhdudiyyətlərə görə 49 əyalətdə və Banqkokda ictimai yerlərdə maska taxmaq məcburidir.
Baş nazir Prayut Çan-O-Çanın sosial şəbəkələrdə maskasız fotoları yayıldıqdan sonra Banqkok qubernatoru ona 6000 bat (190 dollar) məbləğində cərimə yazdırıb.
Şərhlər bağlıdır.