TƏBRİZLİ ATLET OLİMPİADAYA VƏSİQƏ QAZANDI

2020-ci ildə təxirə salınmış Tokio Olimpiadasında çıxış edəcək idmançıların müəyyənləşdirilməsi üçün son lisenziyalar uğrunda mübarizə sona yaxınlaşmaqdadır. Adətən olimpiadalarda əsasən güləş və ağırlıq qaldırmada yüksək uğurları ilə yadda qalan İran idmançıları həmin dairəni genişləndirmək niyyətindədirlər.

Bu günlərdə Təbrizli yüngül atlet Mehdi Pirjahanın 400 metr məsafəyə maneələri dəf etməklə qaçış yarışında Tokio olimpiya oyunlarında iştirak etmək üçün lisenziya qazanması da bu iddianı təsdiq edir. Rekordçu ölkədə həmin yarış növündə İran atletləri arasında ilk lisenziya qazanan idmançıdır.

Uğur olsun!

Azerbaycan-ruznamesi.org

 

 

Şərhlər bağlıdır.