REPLİKA: BELƏLƏRİ DƏ PREZİDENT OLMAQ İSTƏYİR

İranda prezident seçilməyə iddialıların qeydiyyatı başlayıb. Bu şəxs də ölkənin prezidenti seçilmək üçün namizədliyini verib. Qeydə alınacaq-alınmayacaq hələ deyə bilmərik. Amma İran kimi bir dövlətdə belələrinin namizədlərin gözünə qatılması təəccübblü deyil, adi hal sayılır.

Populizm isə keçərlidir. Yəqin bu şəxsin də vədlərinə inananlar olacaq. Mətndə adı yazılmayıb, amma məlum olur ki, 67 yaşı var, professordur. Cığır-bağır salıb hamıya vədə verir və deyir ki, hər bir iranlı pullu olacaqdır. Hər bir iranlıya 24000 euro pul vəd edir (güman ki, illik).

Əyninə geydiyi ağ kəfən, İran bayrağının şəkli olan ağzındakı maska və əlindəki Quran özünü təbliğ vasitələridir. Atalar isə deyiblər ki, eşit inanma. İranlılar ölkədə hakimiyyətin dəyişdiyi 42 ildə hakimiyyətdən və onun züy tutanlarından nə qədər desən vədlər eşidiblər?! Bu da olsun onlardan biri.

Azerbaycan-ruznamesi.org

Video: https://www.facebook.com/samad.bayramzada/videos/10226697065397856/?sfnsn=mo

Şərhlər bağlıdır.