İRANLI DEPUTATDAN AZƏRBAYCANA XAİNLİK:

"MÖVCUD SƏRHƏD SAXLANILMALIDIR"

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Muctaba Zonnuri Azərbaycana qarşı qərəzli açıqlama verib. O, açıqlamada belə bir fikir səsləndirib ki,  Ermənistan sərhədi toxunulmaz qalmalıdır. Sədr regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləyib.

“İran İslam Respublikasının mövqeyi aydın və qətidir: biz regionda hər hansı ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün saxlanılmasından yanayıq. Həmçinin, sərhədlərimiz yaxınlığında hər hansı transregional qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinini bir hissəsini ələ keçirmək istəsələr və Ermənistanla olan sərhədlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır”-deyə iranlı deputat deyib.

Azerbaycan-ruznamesi.org: Redaksiyamıza bu məsələ ilə əlaqədar bir necə məktub daxil olub. Elə bilirik ki, tanınmış siyasətçi, jurnalist və publisist Abdulla Əmir Haşimi Cavanşirin Stokholmdan göndərdiyi video bu baxışları ümumiləşdirən əyani nümunədir. Sizləri həmin videoya baxmağa dəvət edirik.

Şərhlər bağlıdır.