VİDADİ MUSTAFAYEV YAZIR

BAŞLANDI...

13-cü prezident seçkilərində passiv hüquqla iştirak etmək istəyənlər cəmi 592 nəfərdir. Bunlar Daxili İşlər Nazirliyində təşkil edilən seçki komissiyasında qeydiyyata alınıblar. Həmin komissiyaya prezident administrasiyasının hüquq şöbəsinin rəyi əsasında prezidentin verdiyi göstərişin tələblərinə uyğun şəkildə sənədlər təqdim ediblər. Qeydiyyat kampaniyası ərəfəsində Nigəhban Şurası (Mərkəzi Seçki Komissiyası) qeydiyyata alınmaq üçün yeni tələblər müəyyən etmişdi.

Prezident yeni qaydaların Əsas Qanuna zidd olduğunu elan edərək, qeydiyyatın indiyə qədər mövcud olan tələblərə uyğun şəkildə aparılması barədə qeyd olunan göstərişi vermişdi.

Nigəhban Şurasının sözçüsü mayın 16-da elan edib ki, qeydiyyata alınanlardan cəmi 40 nəfərinin sənədləri Nigəhban Şurasının müəyyən etdiyi tələblərə cavab verir.

Nigəhban Şurası yerdə qalan 552 nəfərin sənədlərinə baxmayacaq. Necə deyərlər bu proses də 4 il əvvəlkinin oxşarı oldu.

Şərhlər bağlıdır.