İRAN KANADANIN QƏRARINI QƏRƏZLİ SAYIR

İran rəsmiləri Kanada məhkəməsinin qərarına gecikmədən reaksiya verib: “Ukraynaya məxsus təyyarənin Tehran səmasında vurulmasına dair Kanada məhkəməsinin qərarının heç bir əsası yoxdur”. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Kanada məhkəməsinin başqa dövlətin ərazisində baş verən hadisə ilə əlaqədar qərar verməyə ixtiyarı yoxdur. Bu qərar qərəzlidir və siyasi xarakter daşıyır. 

Şərhlər bağlıdır.