KANADA MƏHKƏMƏSİNİN QƏRARI: TƏYYARƏNİN VURULMASI TERRORDUR
İRANA QARŞI 1 MİLYARD DOLLARLIQ İDDİA TƏMİN OLUNUB
Kütləvi informasiya vasitələrində Kanadanın Ontario Ali Məhkəməsində İrana qarşı baxılan məhkəmə prosesinin başa çatdırıldığı bildirilir. İddiası təmin olunanlar Ukrayna Hava Yollarına məxsus “PS752” sərnişin təyyarəsində qohumlarını itirən 4 nəfərdir. Cavabdeh isə İran İslam Respublikasının prezidentidir. O, iddiaçılara 1 milyard dollar ödəməlidir. Bildiyiniz kimi bu prosesə səbəb İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Ukrayna Hava Yollarına məxsus “PS752” sərnişin təyyarəsinin vurulması zamanı sərnişinlərin və pilotların həlak olmalarıdır.
KİV-lər xəbər verir ki, məhkəmə Ukrayna sərnişin təyyarəsinin vurulmasının terror aktı olduğu barədə qərar verib.
Qərarla İran İslam Respublikası, İran Silahlı Qüvvələri, İran İnqilab Keşikçiləri Korpusu, İranın dini lideri Məhəmməd Əli Xamneyi və digər yüksək rütbəli səlahiyyətlilər terror aktından məsul tutulub.
İddiaçılardan Mehrzad Zareyi Xamneyi barəsindəki terrorçuluq ittihamının ilk dəfə məhkəmə tərəfindən təsdiqləndiyini, məhkəməni qazandıqlarını və proses başa çatdıqdan sonra İrana qarşı 1 milyard dollarlıq iddia qaldıracaqlarını bildirib.
Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi 2020-ci ilin 8 yanvarında səhər saatlarında Kiyevə getmək üçün Tehranın İmam Xomeyni Hava limanından qalxdıqdan qısa müddət sonra iki raket zərbəsi ilə vuruıub və təyyarədəki 176 nəfər həlak olub. Ölənlərin 63 nəfəri Kanada vətəndaşı olub.
İran rəsmiləri əvvəlcə təyyarənin vurulduğu iddialarını qəbul etməsələr də, sonradan səhvlərini etiraf ediblər.
İran hadisədən təxminən bir il sonra – 2020-ci ilin 30 dekabrında həyatını itirənlərin hər birinin ailəsinə 150 min dollar təzminat ödəyəcəyini bildirib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.