XALQINI SABİR KİMİ OYATMAQ İSTƏYƏN ŞAİR MİRZƏ ƏLİ MÖCÜZ

                  VƏTƏN

 

Neçin ah eylədin, ey bülbüli – nalani – vətən,

Yaduva düşdü məgər hali – pərişani – vətən?

Xəsü xaşak basıb gülşəni,güllər saralıb,

Niyə bu halə qalıb bəs bu gülüstani – vətən?

Nə yatıbsan, ayıl, ey milləti – biçarə, ayıl!

Satır axir vətəni düşmənə əyani – vətən.

Dərü divarını qan eyləyib əlvan, ey dad!

Sürünü qurd dağıdar yuxlasa cobani – vətən!

Əcnəbi mülkü dolub bisərü pa millətlə,

Niyə, ya rəb, belə xar oldu əzizanə – vətən?

Düşmən elm ilə bizi eylədi həmmal özünə,

Kim zəlil etdi bizi? – Cəhl! A müsəlmani – vətən!

Vətəniz cismidi, siz də vətənə can kimisiz,

Razı olmun cansız qala vətən, ey cani – vətən!

Verəlim əl – ələ, təhsilü kəmal eyləyəlim,

Xabi – qəflətdən ayılsın gərək əxvani – vətən!

Olmayıb şaf, üzü bir gülməyib əfsus, əfsus,

O zamandan ki, olub Möcüzə İran vətən!

Təqdim etdi: Güləddin İsmayılov

Şərhlər bağlıdır.