V.MUSTAFAYEV: NAMİZƏDLƏR BƏLLİDİR – 2/7 PRİNSİPİ

İran İslam Respublikasında iyun ayının 18-də 13-cü dəfə prezident seçkiləri keçiriləcək. Prezidentlik yarışında iştirak etmək üçün Daxili işlər nazirliyi tərəfindən 592 nəfər qeydə alınmışdı.Seçkilərə cavabdeh olan Nəzarət Şurası namizədlər üçün yeni şərtlər irəli sürərək, hökumətin şərtlərinin mükəmməl olmadığını və öz şərtləri əsasında hərəkət edəcəyini bəyan edərək, 592 nəfərdən yalnız 40 nəfərin yeni tələblərə cavab verdiyini elan etdi. 40 nəfər arasından 10 gün yoxlamalardan sonra 7 nəfəri prezident seçkilərində iştirak etməyə buraxdı. 7 nəfər arasında 2 azərbaycanlı vardır. Biri Marağalı Möhsün Mehrəlizadə, digəri Həmədan ostanının Kəbudərahəng şəhərindən Əbdül Nasir Hümmətidir. Onun azərbaycanlı olduğunu dəqiq söyləmək çətindir, lakin anadan olduğu şəhərdə ancaq türk dilində danışırlar.

Namizədlərin tərcümeyi-halında qeyd edylən bir məqam da diqqəti çəkir. O da namizədlərdən bir-ikisinin bu və ya digər şəkildə Azərbaycanla bağlılığının xüsusi qeyd edilməsidir. Bir nəfər namizədin anasının babasının (!) və arvadının əslən təbrizli olması, digərinin anasının Ərdəbilli olması xüsusi qeyd edilir. Belə baxanda prezidentliyə namizədlərdən ikisi təmiz türk, ikisi isə yarı-türk yesab edilə bilər. Başqa sözlə, 7 deputatdan 4-ü bu və ya digər şəkildə türklük və Azərbaycanla bağlıdır. Namizədlərdən bir nəfərin də lor (lur) olduğu nəzərə alınsa, onda fars-türk nisbəti bərabər görünür. Siyahı iki xalis türk, iki xalis fars, iki türk-fars qarışığı və bir lordan (lur) ibarətdir.

Şərhlər bağlıdır.