MÜHACİRƏTDƏ

Taleyim, çətinə dara düşəndə,

Sən oldun qardaşım əlimdən tutan.

Böyük azadlığı tapmışam səndə,

Mənə dayaq oldu xalqım hər zaman.

Sinəni Arazın üstünə açdın,

Başımın üstünə güllə yağanda.

Sönmüşdüm, od verdin yandım, alışdım,

Qol, boyun olmuşuq toyda, nişanda.

Cənub, Şimal deyib bütövləşmişik,

Birimiz Günəşik, birimiz Ayıq.

Qardaş işığına biz öyrəşmişdik,

Hələ ki, nə qədər qaranlıqdaydıq.

Bakı – Təbriz olub, doğmalaşıbdı,

Şəhərdə doğmadı, doğmadı kənddə.

Qardaş – qardaş ilə qucaqlaşıbdı,

Biz Vətən tapmışıq mühacirətdə!

Tariel Ümid ( Pərdəşünas)

Bu şeirin müəllifi 21 Azər hərakatının həmyaşıdı, Təbrizdə anadan olmuş, İranlı Mühacirlər Cəmiyyəti Ədəbi Birliyinin sədri, “Dədə Qorqud” Beynəlxalq mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tariyel Ümiddir.

 

Şərhlər bağlıdır.