SULDUZDA XƏBƏRDARLIĞA BAXMAYARAQ “MAY QİYAMI”NIN ŞƏHİDLƏRİ ANILDI

Bu xəbər İranın milli fəallarının vasitəsilə sosial şəbəkələrdə yayılıb. Şəkildə gördüyünüz kimi onlar Tehran rejiminin silahlı qüvvələri tərəfindən öldürülmüş sulduzluların məzarları başına toplaşıblar. Baxmayaraq ki, ETTELAAT-ın yerli bölmələri onlara hədə-qorxu gəliblər, xəbərdarlıq ediblər məzar başında etirazlar səslənib. Mədəni fəal İbrahim Moini isə alovlu çıxış edib.

Sosial şəbəkələr tədbirdən əvvəl milli-mədəni fəallardan Həsən Badpeyma, Vəli Siyami, Nasir Əhmədi, Ehsan İsmayıldoxt, Əli Hacməhəmmədi, Məhərrəm Kərimi, Əli Dünyadust, İbrahim Moini, Vəli Azəriyyun və Cavad Payizinin ETTELAAT-ın yerli bölməsinə çağırıldığını vurğulayıblar. Onlardan etiraz aksiyalarının ildönümündə heç bir aksiyaya qatılmamağı tələb olunub. Bildirilib ki, Sulduz prokurorluğunun həbs barədə qərarı hazırdır və onlar hər hansı aksiyaya qatıldıqları təqdirdə dərhah həbs olunacaqlar.

Qeyd edək ki, 2006-cı ilin may ayında karikatura qalmaqalına görə etirazlara qatılan sulduzlulardan Tohid Azəriyyun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.