AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin elmi redaktorluğu, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan və müstəqillik tariximizi əks etdirən “Azərbaycan” qəzetinin (1918-1920) tam kolleksiyası ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına transliterasiya edilərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə ayrıca kitab şəklində nəşrə hazırlanmışdır.
Qəzetin tam kolleksiyasının elmi nəşri üzərində davam edən işin ilkin mərhələsi olaraq Cümhuriyyət tariximizə, eləcə də mətbuat tariximizə maraq göstərənlər üçün “Azərbaycan”ın xüsusi bir nəşri işıq üzü görmüşdür. Bu xüsusi nəşrdə qəzetin 10 nömrəsinin transliterasiya edilmiş nüsxələri orijinal nüsxələrin surətləri ilə birgə təqdim olunub. Transliterasiya əsasında qəzetin dili və imla xüsusiyyətləri qorunmuş, qəzetin orijinal tərtibatına riayət edilmişdir.
Nəşrin ön sözünün müəllifi ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, qəzet mətnlərini transliterasiya edənlər filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağa oğludur.
Aynurə
Şərhlər bağlıdır.