İRANLILAR XUDAFƏRİN KÖRPÜSÜNƏ YAXINLAŞA BİLMƏYƏCƏKLƏR

Bu yasaq sovet dönəmində də olub. Lakin indiki qədər belə ciddi yanaşmayıblar. Fəqət həyat göstərir ki, xalq ayağa duranda heç bir yasaq, silahlı adamlar onun qarşısında dayana bilməyəcəklər. Yenə o taydan bu tayı salamlayacaq, bu taydan isə o taya həmrəylik duyğuları çatdırılacaq.

Bu xəbəri güneyli milli fəallar yayıblar. Halbuki Cəbrayıl rayonu erməni işğalı altında olanda Xudafərinin yaxınlığında, Araz çayının sahilində qonaqların dincəlməsi üçün şərait yaradılmışdı.

İndisə körpünün yaxınlığında yeni post qurulub. İran sərhəd qoşunları və SEPAH-ın silahlı əməkdaşları insanlara Xudafərin körpüsünə yaxın getməyi, ətraf ərazilərdə gəzməyi qadağan edib.

Fəallar bildirirlər ki, Ermənistan işğalı altında olanda burada gəzib-dolanmağa mane olmurdular. Araza girib çayın ortasına qədər getmək, körpüyə toxunmaq sərbəst idi. Hətta qonaqlar və dincəlməyə gələnlər üçün burada dayanacaq və oturacaqlar da quraşdırılmışdı.

Azerbaycan-ruznamesi.org

Ancaq körpünün şimal tərəfi yenidən Azərbaycana qaytarıldıqdan sonra körpünün bu başında, Güney tərəfində adi foto çəkməyə belə icazə verilmir.

Ora yaxınlaşmağa çalışanlar SEPAH və İran sərhəd qoşunlarının zabitləri tərəfindən uzaqlaşdırılır, etiraz edənlər saxlanılaraq sorğu-sual edilir”, – deyə, güneyli fəallar sosial şəbəkələrdə məlumat yayıb.

Şərhlər bağlıdır.