XANIM BİZNESMENİ 20 İL HƏBS GÖZLƏYİR: İRANA GÖRƏ…

BAŞQALARINA OLMAZ, AMMA ÖZLƏRİ İŞLƏRİNDƏDİRLƏR

ABŞ guya İrana qarşı embarqolar tətbiq edir. Neft idxalına dair son xəbərlər göstərdi ki, əslində bu qadağalar başqaları üçündür. Necə deyərlər özlərinə olar, digərlərinə gələndə qanunun sərt üzünü göstərərlər.

Bu yaxınlarda ABŞ-ın Nevada ştatında kompüterlərin ehtiyat hissələrinin satışı ilə məşğul olan “Top One Zone” şirkətinin sahibi Tina Çen İrana qarşı tətbiq olunan sanksiyalar rejimini pozduğuna görə həbs edilib.

Kütləvi informasiya vasitələri ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıblar. Xanım biznesmen 4 il digər şirkətlərdən kompüter avadanlıqları alaraq Honqkonqda fəaliyyət göstərən bəzi şirkətlər vasitəsi ilə İrana satıb. Ticarət 2015-2019-cu illəri əhatə edib.

ABŞ qanunlarına əsasən Tina Çeni 20 il müddətində azadlıqdan məhrumetmə və 1 milyon dollar həcmində cərimə gözləyir.

İlk dinləmə iyulun 26-da Nevada məhkəməsində olacaq.

Nazim

Şərhlər bağlıdır.