GÜRCÜ KEŞİŞİ ERMƏNİSTANI İŞĞALÇI DÖVLƏT ADLANDIRIR

Bu yaxınlarda Gürcüstanın Samtsxeti-Cavaxetiya bölgəsində ermənilər iğtişaşlar törətdilər. İğtişaş zamanı bir nəfər ölmüş, bir nəfər də yaralanmışdı. Axalkalakiyə əlavə polis qüvvələri gətirilmişdi.Gürcüstanın həmin bölgəsində ermənilər 2014-cü ildə Azərbaycandan Axalsiyə repartasiya edilmiş Ahıska türk ailəsinə basqın etmiş, ailənin avtomobili sındırılmış, milli zəmində təhqiri sözlər yazılmışdı.

Bütün bu proseslər XX əsrin əvvəllərindəki erməni millətçilərinin əməllərini yada salır. Həmin əməllərin nəticələri Azərbaycanın və Gürcüstanın tarixi torpaqlarının ermənilər tərəfindən işğal olunmasına gətirib çıxartdı.

Kürcü Pravoslav Kilsəsinin keşişi David Hozadze Ermənistan tərəfindən Loru ərazisinin zəngin mis və qızıl yataqlarının olduğu Alaverdi şəhərilə birlikdə işğal olunduğudan bəhs esir. David Hozadze atasının sözlərini olduğu kimi xatırlayır: “Ermənistan işğalçı dövlətdir, o, regionda ən böyük qızıl yatağının olduğu Alaverdini də işğal etmişdir. Ermənistan-Gürcüstan müharibəsindən sonra Gürcüstan qalib gəlsə də ingilislər Lori və Alaverdini ermənilərə vermişlər. Ermənistan SSR daşnak siyasətini davam etdirərək bolşevik Rusiyasının dəstəyi ilə 1921-ci ilin fevralında Gürcüstana hücum etdi. Fevralın 15-də Baş nazir N. Jordaniya bəyan etdi ki, Ermənistan bizə məkrli şəkildə hücum etməklə müharibə və qan bayrağını yenidən qaldırıb və sərhədlərimizə basqın edib. Gecə vaxtı onların alayları bizim müşahidə qüllələrimizə hücuma keçiblər. Onlar Borçalının cənub-şərqini tutublar. Ermənistanı idarə edən dairələr öz rəngini onlara sərf etdiyi kimi dəyişdirirlər, lakin qətiyyən öz ruhlarını dəyişdirmirlər və insanlıqdan kənardırlar. Onlar Gürcüstanın müstəqilliyi ilə barışa bilmirlər və hətta bu gün də Gürcüstanın dövlətçiliyini tanımırlar. Bolşevik Ermənistanı daşnakların yolu ilə gedir və onların siyasətini davam etdirir1.

Bununla yanaşı Borçalı, Axalkələk və Duşetidə dövlət əleyhinə qiyamlar qaldırıldı. Qiyamların əsas təşkilatçıları və iştirakçıları ermənilər idi.

Belə bir şəraitdə S.Orçonikidze və S.Kirovun başçılığı ilə XI ordu Gürcüstana daxil oldu. Bolşevik Rusiyasının ordusuna qarşı 20 minlik silahlı qüvvə və Tiflis hərbi məktəbinin yunkerləri vuruşurdu2.

Fevralın 25-də səhər tezdən XI Qırmızı Ordu hissələri Qocor və Qarayazı tərəfdən Soğanlıq-Naftluq istiqamətində Tiflisə daxil oldu. İşğalın Gürcüstanda yaşayan azərbaycanlılar üçün ağır nəticələri oldu. Erməni millətindən olan Gürcüstan bolşevikləri azərbaycanlılara qarşı qəddarlıqlar etdilər. Türkiyədəki sovet məlumat bürosunun verdiyi informasiyada yazılırdı ki, bolşeviklər Tiflisi işğal edərkən erməni bolşevikləri Şeytanbazarda müsəlmanlara qarşı zorakılıq etdilər. Onlar öldürüldülər və əmlakları viran qoyuldu. Bolşeviklərlə birlikdə Axıskaya girən ermənilər də müsəlmanlara qarşı eyni cür hərəkət etdilər. Erməni bolşeviklərinin bu qanlı əməlləri onların daşnaklardan fərqlənmədiyini və nifrətin həddi-hüdudunun olmadığını göstərirdi. Lakin bu qətllər sonuncu olmadı3.

Ermənilər Axalkələk və Borçalı qəzalarında olduğu kimi Loridə (Dağ Borçalısında) də qiyam qaldırdılar. XI Qırmızı Ordu komandiri Hekkerin razılığı əsasında 300 nəfər əsgər İosif Laziyanın başçılıq etdiyi Lori “qiyamçılarına” köməyə gəldi. Bu “qiyamçı dəstə” birbaşa XI Qırmızı Orduya tabe idi. Onlar 7 minlik menşevik ordusunu Loridən çıxartdılar. 3000 əsgər və zabit əsir alındı, 40 pulemyot, iki dağ artilleriyası, 3 paravoz, bir neçə sistern (mazutla və kerosinlə dolu) ələ keçirdilər. Gürcü nizami hissələri və milli qvardiya qiyamı yatırmaq üçün irəlilədikdə Qırmızı Ordu komandanlığı Gürcüstan hökumətinə xəbərdarlıq etdi ki, qiyamçılara qarşı edilən repressiya müqabilində əsir əsgər və zabitlər güllələnəcəklər. Pirulovun başçılığı ilə bir erməni dəstəsi Yekaterinfeld (Bolnisi), Petrosyanın başçılıq etdiyi digər erməni dəstəsi isə Şulaverə doğru irəliləyirdi. Erməni bolşevik dəstələrinin işğal etdikləri Şulaverdə Gürcüstan İnqilab Komitəsi yaradıldı. Komitəyə gürcü kommunist elitası Filip Maxaradze (sədr), Mamiya Orexalaşvili (sədr müavini), Budu Mqivani, Şalva Eliava, Lado Dumbadze, Besa Kvirkemiya, Aleksandr Kigeçkori və başqaları da daxil idilər. İnqilab komitəsi Gürcüstanda sovet hakimiyyətinin bərqərar olduğunu bəyan etdi.

Lori qiyamı RK (b) P-nin MK Qafqaz Bürosuna 51 milyon rubla başa gəlmişdi4. Beləliklə, Gürcüstanın dövlət müstəqilliyini itirməsində, Qırmızı Ordunun ərazisinə daxil olmasında və işğal edilməsində ermənilər ənənəvi satqın rolunu oynadılar.

Beləliklə, Ermənistan SSR bolşevik Rusiyasının əlində alət olaraq Gürcüstan Demokratik Respublikasına qarşı düşmənçilik hərəkətlərini davam etdirdi. Gürcüstan ərazisində yaşayan erməniləri müstəqil gürcü dövlətinin süqut etməsi üçün qiyamlara təhrik etdi.

Halbuki bu ərazilərdə qədim gürcü monastırları, məbədləri və müqəddəs ziyarətgahları vardı. Bunlar Axtala, Kobauri, Xnevani kimi nadir gürcü memarlığı abidələridir. Ermənilər sovetlərin köməyilə öz işğal zonasını Kvemo-Kartliyə doğru genişləndirərək burada yerləşən gürcü Xucabi monastrını da ələ keçirib erməniləşdirdilər.

Cənubi Qafqaz respublikaları sovetləşdikdən sonra RK (b) P MK-nın Qafqaz Bürosu 1921-ci il mayın 2-də hər üç respublika arasında sərhədləri müəyyənləşdirmək üçün birgə komissiya yaradılması haqqında qərar qəbul etdi. Komissiyanın ilk iclasında Ermənistan tərəfi Gürcüstandan Axalkələk qəzası və Lorini, Azərbaycan tərəfdən Dağlıq Qarabağı və Naxçıvanın bir hissəsini tələb etdi. Lakin Gürcüstan və Azərbaycan hökumətləri bu tələbi rədd etdilər.

1921-ci iliyulun 7-də çağırılmış Stalinin də iştirak etdiyi Qafqaz Bürosunun plenumu “neytral zona” olan Lorinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etdi. 1921-ci il iyulun 16-da Gürcüstan K (b) P MK-nın rəyasət heyəti Qafqaz Bürosunun qərarını təsdiq etdi, Axalkələk rayonu usə Tiflislə siyasi və iqtisadi əlaqələrinin sıx olduğunu nəzərə alaraq Ermənistana verilmədi. Bununla da Ermənistan qədim Lorini işğal etdi, lakin bununla kifayətlənmədi. Ermənistan növbəti ərazi kimi Samtsxe-Cavaxetini mənimsəmək istəyir. Ermənistanın əsassız ərazi iddialarına son qoymaq üçün Gürcüstan işğal olunmuş Lorinin geri qaytarılmasını tələb etməlidir. Eyni zamanda qədim ərazimiz olan Ermənistan tərəfindən 1921-ci ildə işğal olunmuş doğma Zəngəzurumuz da Azərbaycana qaytarılmalıdır.

Ermənistan XX əsrin əvvələrindən Loridəki və Alaverdidəki mis və qızılı çıxarır, gürcü abidələrini, müqəddəs ziyarətgahlarını, məbədlərini və monastrlarını da dağıdır, Loridəki və Alaverdidəki mis və qızılı çıxarır, gürcü abidələrini, müqəddəs ziyarətgahlarını, məbədlərini və monastrlarını ya murdarlayır, təhqir edir, ya dağıdır, ya da erməniləşdirir.

Gürcüstan qeyri-qanuni işğal olunmuş ərazilərinin-Lorinin geri qaytarılması, öz sahibinə verilməsi barədə məsələni bütün beynəlxalq qurumlarda qaldırmalıdır. Axı Loridəki təbii sərvətlər və yeraltı faydalı yataqlar birlikdə götürüldükdə Abxaziya və Sxinvali regionundan zəngindir.

Bir sözlə, Ermənistan bütövlükdə Azərbaycan və müəyyən qədər Gürcüstan torpaqları üzərində yaradılmış işğalçı dövlətdir. Bütün qonşularına qarşı daim əsassız ərazi iddiaları irəli sürən, Cənubi Qafqaza gəlmə, bölgədə dağıdıcı, pozucu ünsür olan ermənilər öz layiqli cəzalarını almalıdırlar. Haqq, ədalət öz yerini tutmalıdır.

1. Речь Ное Жордания на собраниe учредительного совета 15 февраля 1921 года. Тетвадзе Ш, Тетвадзе О. Армяне в Грузии (c древних времен до сегодняшнего дня) Тбилиси: Универсал, 2008, c.107.

  1. 2. Историки поспорили об оценках советаизации Грузии kavkaz.izel/en/articles/332254. 26.02.2019.
  2. 3. Qasımlı M.C. Ermənistanın sovetləşdirilməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix–olduğu kimi (1920‐1994‐cü illər). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2016. s.87.
  3. 4. Муханов В.М. Кавказ в переменную эпоху (1917-1921) Москва: Медест Колеров, 2019, с.167-168.

Vahid Ömərov,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri,

fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

Şərhlər bağlıdır.