“BBC PERSIAN”NIN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ TƏXRİBATI

AZƏRBAYCANIN ƏRAZI BÜTÖVLÜYÜNƏ HÖRMƏTSIZLIK

BBC-nin farsdilli bölümü Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünə hörmətsizlik edib. Bu barədə bao.az saytı informasiya yayımlayıb.

Materialda deyilir ki, Ermənistanda keçirilmiş seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi ilə bağlı bölümün saytında dərc edilən xəbərdə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ Ermənistan ərazisi kimi təqdim edilib.

Yazıda 2020-ci ildə iki ölkə arasında Qarabağda baş vermiş müharibəyə toxunulub və bu savaş nəticəsində “Ermənistanın öz torpaqlarından bir hissəsini itirdiyi” yazılıb.

“İki ölkə arasında 6 həftə davam edən savaş minlərlə insanın ölümü, eləcə də Ermənistanın öz ərazisindən bir hissəsini itirməsi ilə nəticələndi”, – deyə xəbərdə iddia olunur.

Qeyd edək ki, bu, “BBC Persian”ın Azərbaycan Cümhuriyyətinə qarşı ilk belə yazısı deyil. İstər Azərbaycanın Beynəlxalq Birlik tərəfindən tanınan ərazisi Qarabağı azad etmək üçün keçirdiyi hərbi (nizami) əməliyyatlar zamanı, istərsə də ondan sonra “BBC Persian”-ın şovinist və ifratçı fars millətçisi olan jurnalistləri ölkəmizə qarşı hər cür qarayaxma kampaniyası aparır.

Güneyli

Şərhlər bağlıdır.