REPLİKA: CO BAYDENƏ AĞIR İTKİ: “ÇAMP” ADLI İTİ ÖLÜB

BURADA RƏHMƏTLİK S.Ə.ŞİRVANİNİN ŞEİRİ YADA DÜŞÜR

Təxminən 10 gün əvvəl beynəlxalq mətbuatda məlumat yayıldı ki, ABŞ prezidenti Co Baydenə ağır itki üz verib: onun Çamp adlı iti ölüb. KİV bundan dövlət başçısının “Twitter” hesabındakı yazısı vasitəsi ilə xəbər tutub. İtin 13 yaşı var imiş, Bayden ailəsinin ən sevimli iti sayılırmış.

Bizə məlum deyil ki, yaxınları, ABŞ hüdudlarından kənarda yaşayan dostları bu münasibətlə Baydenlər ailəsinə başsağlığı veriblər, ya yox? Kasıblar üçün ehsan süfrələri açılıb, ya yox? Amma bu köpək sahibinin amerikalıların dünyanın dördbir tərəfində qırdıqları günahsız adamlarla bağlı indiyədək heç bir peşimançılığın etirafı ilə rastlaşmadığımızı nəzərə alsaq bu sualı cavabsız buraxacağıq.

Kasıblar üçün ehsan verilsəydi onda istər-istəməz rəhmətlik dahi şairimiz Seyid
Əzim Şirvaninin satirik şeiri yada düşərdi: “Köpəyə ehsan”. Görən Baydenin burada simicliyi tutmayıb ki?!

Arı

Şərhlər bağlıdır.