RƏİSİ AVQUSTUN ÜÇÜNDƏ AND İÇƏCƏK

İRANIN YENİ PREZİDENTİ KİMİ

İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasiminin keçiriləcəyi tarix məlum olub. Bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhanin səlahiyyət müddəti avqustun 3-də başa çatacaq və həmin gün İbrahim Rəisi and içərək vəzifəsinin icrasına başlayacaq.

Ə.Nikzad deyib ki, mərasimdə yerli və xarici qonaqlar da iştirak edəcəklər. Mərasim parlamentdə keçiriləcək və koronavirus pandemiyası ilə əlaqədar əlavə tədbirlər də görüləcək.

Xəbərçi

Şərhlər bağlıdır.