ƏRƏBLƏRİN NÖVBƏTİ QİYAMI BAŞ TUTDU

Müəllif: Abdulla Əmir Haşimi Cavanşir

Tarix: 24 tir 1400-cü il (15 iyul 2021 ci il)

Əziz oxucular bildiyiniz kimi 1979-cu il İran İslam İnqilabı onun üçün qələbə çaldı ki, Pəhləvi rejiminin diktaturasına son qoyulsun, apardığı qeyri fars millətlər arasında ayrı seçkiliyə xitam verilsin. 50 ildən artıq ölkədə yaranan yoxsulluğa, işsizliyə, evsizliyə, ehtikara əlac edilsin. Məişət ehtiyasclarının, o cümlədən su, işıq, qaz, məktəb, gigiyena və xəstəliklərin yayılmasına, dərman qıtlığna tədbir görülsün. Lakin İran islam Respublikası iş üstə gələndən bir il çəkmədi ki, partiyalara qadğa qoydu və inqilabçıları həbsə atdırdı. İran  İraqla müharibə başlatdı. Hansı ki, 8 il davam etdi. Sonra isə müharibə siyasəti iflasa uğradıqdan sonra ölkə daxilində məhbusları qırmağa başladı. Qonşularla münasibəti gündən- günə pisləşdirib onları islamlaşdırma adı ilə həm məmləkətin büdcəsini yeni müharibələr yolunda, propakandalar yolunda kül elədi. Həm də verdiyi vədələri həyata keçirtmək üçün pul, büdcə, yeraltı-yerüstü sərvətləri aradan apardı. Belə ki, bu günləri camaat istərsə Azərbaycanda, istərsə də digər əyalətlərdə bir içim suya möhtacdır. Göllər qurudu, olub-qalan su da ancaq fars məntəqələri olan Tehran, Yəzd, Qum və İsfahana yönəldildi. Bu gün 15 iyul cümə axşamı İranın cənub məntəqəsi olan, Xuzistan adlandırılan, ərəb körfəzinin ətrafında yaşayan ərəb xalqı, Bostan, Xafaciyə (Susəngi), Əbdülxan, Alhayi, Şavar, Əhvaz, Fallahiye (Şadegan), Bəndər məşhur (Mahşər) də küçələrə çıxdı və Bəndər məşhur ilə ticarət tiranzit yolları bağladı. Tehran, Əhvaz və Tehran polad sənayesinə gedən Əhvaz yolu, vilayət çaylarının böyük Hursulak sahəsinin qurumasına və suyunun səhra şəhərlərinə yönəldilməsinə tiraz etdilər.  Ayrıseçkilyə və rejimin ərəb əhalisinə qarşı siyasətlərinə üsyan etdilər. Onların ümumi şüarları bundan ibarətdir: Hırsızlar bizi din adı altında zülm etdilər. “Canımız və qanımız Karuna qurban verildi”. Ərəb xalqını digərgin salma siyasətinə yox deyirik. Bizi alçatmaq istəyirlər, Lakin biz alçalmadıq.

Üsyançılar “Ruhumun ruhu Əhvazdı”. Və yaxud “Əhvaz üçün canımdan keçərəm” şüarları ilə əldə plakat yürüş edirdilər.

Əziz oxucular bu şüarlar  və üsyanlar təkcə İranda yaşayan ərəb xalqına aid deyil. Bəlkə Sistan, Bəlucstanda bəluclar da ərəblər kimi cana doymuşlar. İran İslam rejiminin milli və sinfi zülmləri üçün. Bir neçə gün əvvəl onların da yürüşlərinin şahidi idik. Azərbaycanlılar da illər boyu həmin zülmə məruz qalıblar. Urmu gölünü susuzluqdan qurutmağa sürüklüyüb. İran rejimi bu günədək efektli və lazımi bir tədbir də həyata keçirtməyib. Hər gün əhali saatlarla işıq həsrətin çəkirlər. Keçən il Türkmən səhrada rejimin səhv projeləri əsasında əhalinin tarlları və heyvandarlıq otlaqları su altında qaldı. Bu kimi fəlakətlər gündən-günə əhalini bezdirir. Cana gətirir, qiyam və üsyanlara məcbur edir. Bununla caamat nə etməli sualına gündən-gündən artıq konkret cavab tapmağa can atır. Azərbaycan xalqına gəldikdə 75 il bundan əvvəl Pişəvərinin rəhbərliyi altında milli hökumətin 1 illik milli, mədəni, siyasi islahatlarını xatırlayaraq arzu etdiklərini gündən günə dilə gətirirlər.

Yaşasın qeyri fars millətlərin ədalətli və zülmə qarşı birgə mübarizələri. Yaşasın Azərbaycan xalqı, Yaşasın Azərbaycan Demokrat Firqəsi.

Şərhlər bağlıdır.