MƏŞRUTƏ HƏRƏKATINDAN AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNƏDƏK

Əziz oxucular, nəzərinizə çatdıraq ki, 3 avqust 2021-ci il (12 mordad 1140-cı il) çərşənbə axşamı Clubhousda saat 21.00-da Təbriz vaxtı ilə Azərbaycan Demokrat Firqəsinin 1-ci canlı yayımında məşrutə inqilabının 116-cı ildönümü münasibətilə konfransı keçirildi. Konfransa Avropa, Amerika, Asiya və ölkə daxilindən Cənubi Azərbaycanlılar qatılmışdı. Konfransın çıxışçısı Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir idi.

Otaqda Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və firqənin mənsublarından və başqaları iştirak etmişlər. Canlı yayımdan yüzlərlə maraqlanan insan otaqdan görüş apararaq onlarla həvəskarı 3 saat yarım ərzində bir araya gətirmişdir. Onlar məruzəçinin mövzu ətrafında maraqlı məruzəsini dinləmişlər.

Çıxışçı Məşrutə hərəkatının meydana gəlməsinin səbəblərindən, zəminindən, inqilabın qığılcımlarından danışmışdır. O, 1385-ci ilin 14 mordad ayında Müzəffərəddin şahın məşrutə haqqında verdiyi sərəncamdan, inqilabdan sonra qəbul olunan konstitusiya və sonralar ortaya çıxan cəmiyyətdə qarşıdurmalar və hərəkatın taleyi barədə geniş məlumat verdi.

Otaq iştirakçıları çox maraqla məruzəni dinləyib və mövzuya aid tarixin qaranlıq məqamlarından sorğular vermişlər. Onlar fikirlərini bildirərək, çıxışlarda da bütün sulalları cavablandırmışlar. Otaq Azərbaycan Demokrat Firqəsinin himni ilə açıldı. Fasilələrdə firqə şairlərinin şeirləri dinləyicilərə xüsusi zövq verdi.

 

 

 

 

Şərhlər bağlıdır.