TÜRKİYƏDƏ YENİ YANĞIN BAŞLADI

Muğlanın Dalaman rayonunda hava limanından 500 metr məsafədə meşə sahəsində yeni yanğın baş verib.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, qəfildən görünən alov hava limanının yanındakı meşə sahəsinin ortasına doğru sürətlə irəliləyib.

Dalamandan yüksələn alovun hava limanına yaxın məsafədə olması səbəbilə həm qurudan, həm də havadan yanğına sürətli müdaxilə edilir.

Son məlumata görə, təhlükəsizlik məqsədilə hava limanında bütün uçuşlar dayandırılıb.

Şərhlər bağlıdır.